Qazaxda keçmiş məhkum narkotiklə tutuldu
Qazax polisi əvvəllər məhkum olunmuş 54 yaşlı Vüsal Abdullayevi şübhəli şəxs qismində saxlayıb. Ondan, ümumilikdə, 5 kiloqram marixuana və digər növ narkotik vasitələr, həmçinin elektron tərəzi aşkarlanıb. V.Abdullayev narkotikləri satış məqsədilə əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
17 mart 2026

