Qazaxda insanların sağlamlığı üçün məhdudlaşdırıcı tədbirlər davam edir
2020-03-28 16:04
Qazaxda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər həyata keçirilir. Gündəlik olaraq küçələr xüsusi məhlullarla yuyulur. Paralel olaraq təhsil, səhiyyə və mədəniyyət müəssislərində, yaşayış binaları və sakinlərin hərəkət etdiyi ərazilərdə dezinfeksiya işləri aparılır. Bununla yanaşı, Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan Operativ Qərargahın üzvləri polis əməkdaşları ilə birlikdə əhalinin sıxlıq təşkil ərazilərdə marifləndirmə işləri aparırlar.
Vüsalə Camal