Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
2021-11-19 12:05
Qazaxın Çaylı kəndində iki minik avtomobili toqquşub. Nəticədə 44 yaşlı Qurbanova Aygün Asəf qızı və 58 yaşlı Eyyubova Bəturə Hüseyn qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Vüsalə camal