Canlı
Qazaxda həmsərhəd kəndə gedən yol təmir olunur

2018-01-12 / 12:13

Qazaxda kənd yollarının yenidən qurulmasına başlanılıb. Ermənistanla sərhəddə yerləşən Cəfərli kəndi ilə rayon mərkəzini birləşdirən avtomobil yoluna “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin işçiləri tərəfindən asfalt örtük döşənir. Uzunluğu 13 klometr olan yolun yarıdan çox hissəsində işlər tam başa çatdırılıb. Yeni yolun çəkilişi qısa zamanda tamamlanacaq.

Ruhəngiz Hacızadə