Qazaxda gənclər ordu sıralarına yola salınıblar

2019-07-01 15:46

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsində gənclərin müddətli həqiqi hərbi xidmətə təntənəli yola salınma mərasimi təşkil olunub. Çağırışçı gənclərin hərbi xidmətə böyük həvəslə getmələri ordu quruculuğundakı uğurların nəticəsi kimi qiymətləndirilib. Son illər Qazaxlı gənclər arasında hərbi çağırışdan yayınma hallarının qeydə alınmadığı xüsusi vurğulanıb. Çağırışçı gənclər Azərbaycanın üçrəngli bayrağını öpərək xüsusi ayrılan avtobusla hərbi hissələrə yola düşüblər.

Ruhəngiz Hacızadə