Canlı
Qazaxda göldə batan daha bir balıqçının meyiti tapılıb

2018-03-12 / 18:02

Qazaxda göldə batan daha bir balıqçının meyiti tapılıb. Gün ərzində aparılan axtarışlar nəticəsində 37 yaşlı Aqif Omarovun meyiti aşkarlanıb. Qeyd edək ki, bu gün xilasedicilər sahildən 400 metr aralıda, 16-17 metr dərinlikdə 40 yaşlı Elşən Məmmədovun meyitini tapıblar.

Fərid Mehdiyev