Qazaxda elektriklə qanunsuz balıq ovlayanlar tutulublar
2021-02-05 14:08
Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt polis məntəqəsinin və 2 saylı Regional Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Qazax rayon Yuxarı Salahlı kəndində qeyri-qanuni balıq ovu ilə məşğul olan Səlim Əmirxanov və Sahib Namazov saxlanılıb. Yoxlama zamanı onların elektrik cihazları ilə ov etdikləri məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Vüsalə camal