Qazaxda dələduzluq edən şəxslər saxlanılıb

2019-12-23 10:04

Qazaxda rayon sakinin 250 manat pulunu dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş, Ağstafa sakinləri 57 yaşlı Hüseyn Nuriyev və 60 yaşlı Məzahir Mirzəyev saxlanılıblar. Belə ki, saxlanılan şəxslərdən Hüseyn Nuriyev əvvəlcədən hazırlanan plan əsasında əlində bir neçə qaşıq dəsti ilə mağazaya daxil olub. Müəyyən müddət sonra isə Məzahir Mirzəyev gələrək “tanımadığı” H. Nuriyevin əlindəki qaşıqları qədimi olduğu üçün almaq istədiyini bildirib. O, mağaza satıcısından 250 manat borc alaraq H. Nuriyevə verib, qaşıqları isə mağazada girov qoyaraq geri qayıdacağını bildirib. Dindirilmə zamanı onlar, törətdikləri cinayət əməlini etiraf ediblər və bildiriblər ki, rayon ərazisində digər bir mağaza satıcısını da eyni üsulla aldadaraq 150 manat pulunu mənimsəyiblər.

Fərid Mehdiyev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik