Qazaxda avtomobil yolu keçən piyadanı vurub, Sumqayıtda yük maşını qəza törədib
Qazax rayonunda 2000-ci il təvəllüdlü Anar Rəhman oğlu Kazımov BMW markalı avtomobillə yolu keçən piyada, 1952-ci il təvəllüdlü Faiq Məcid oğlu İsmayılovu vuraraq öldürüb. Sumqayıt şəhəri, Yaşma bağları adlanan ərazidə isə "Volvo" markalı yük avtomobilinin idarəetməni itirərək reklam lövhəsinə çırpılıb. Deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan avtomobilin sürücüsü 1975-ci il təvəllüdlü Mahmud Sultan oğlu Sultanov xilas edilib.Faktlar araşdırılır.
10 aprel 2026

