Qazaxda avtomobil piyadanı vurub
2020-01-29 12:05
Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazaxın Birinci Şıxlı kəndindən keçən hissəsində avtomobil yolu qarşı tərəfə keçmək istəyən 56 yaşlı Firudin Əbdülkərimovu vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Vəfa Şairova