Qazaxda avtomobilə odlu silahdan atəş açılıb
Qazaxın Birinci Şıxlı kəndi 1981-ci il təvəllüdlü Ülfət Mustafayevin əyləşdiyi VAZ markalı avtomobilə odlu silahdan 2 dəfə atəş açılıb. Xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib. Hadisəni törətməkdə Elşən Yusifov şübhəli bilinir. Həmin şəxsin yerinin müəyyən edilməsi və istintaqa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Lalə Nəsib