Qazaxda 10 ədəd mərmi tapılıb
2020-04-29 10:06
Dövlət Sərhəd Xidmətindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Qazax rayonu, Cəfərli kəndi ərazisində 10 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 4 ədəd 45 mm-lik top mərmisi, 1 ədəd partladıcı və 5 ədəd tərkibində partlayıcı maddə olmayan 45 mm-lik top mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.
Fərid Mehdiyev