Canlı
Qazaxda 1 uşaq anası güllələnib

2018-04-14 / 16:03

Qazaxda 26 yaşlı qadın güllələnib. Rayonun Yuxarı Salahlı kəndində yaşayan Mehriban Məsimova güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Qadın 2 il əvvəl başqa kənddən Yuxarı Salahlıya gəlin köçüb və bir övladı var. Onun gecə saat 3-4 radələrində münaqişə zəminində ov tüfəngindən açılan atəş nəticəsində xəsarət aldığı bildirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsin tapılması istiqamətində tədbirlər həyata keçirirlər.

Ruhəngiz Hacızadə