Qazaxda şəhid Yunis Kazımovun xatirəsi anılıb
Qazaxda şəhid Yunis Kazımovun xatirəsi onun doğum günündə anılıb. Yunis Kazımov sentyabrın 12-dən 13-nə keçən gecə Kəlbəcər istiqamətində erməni təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb. 6 il Azərbaycan orudusunda Xüsusi təyinatlı qüvvələrinin baş leytenantı kimi xidmət edən Kazımov 44 günlük vətən müharibəsində qəhrəmanlığı ilə fərqlənib. "Cəbrayıl, Şuşa, Xocavədin azad olunmasına görə" medalları və "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib.