Qazaxda özünü pis hiss edən sürücü qəza törətdi, 2 nəfər xəstəxanalıq oldu

2019-10-08 16:04

Qazaxda 56 yaşlı Cavanşir Əmiraslanov "Mercedes" markalı avtomobili idarə edərkən anidən özünü pis hiss edib və nəqliyyat vasitəsi idarəetmədən çıxaraq, öncə Qazax rayonuna yas mərasiminə gedən, Ağstafanın Qırlı kənd sakini, 44 yaşlı Gülşən Tağıyevanı vurub, daha sonra yol kənarındakı ağaca çırpılıb. Müxtəlif bədən xəsarətləri alan piyada və halı pisləşən sürücü xəstəxanaya yerləşdiriliblər. Piyadanın vəziyyətinin orta-ağır, sürücünün isə koma vəziyyətində olduğu bildirilir.

Vüsalə Camal