Qazax və Şəkidə yanğınlar olub
Qazaxda kürsülü, birmərtəbəli, 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları, içərisindəki əşyalar 40 m² sahədə və dam örtüyü yanıb.
Şəkinin Baş Kəldək kəndində, yerli sakin Abduləziz Abdulqədir oğlu Süleymanova məxsus, ikimərtəbəli 7 otaqdan ibarət fərdi yaşayış evində də yanğın baş verib. Hadisə nəticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb.
Hər iki yanğın söndürülüb. Xəsarət alan olmayıb.
Nərgiz Camalzadə