Canlı
Qazax və Ağstafada yeni yolların çəkilişi ilə 30 minə yaxın əhalinin gediş-gəlişi rahatlaşıb

Qazax rayonunda 2, Ağstafa rayonunda isə 3 avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Əvvəllər torpaq və çınqıl örtüklü olduğu üçün xüsusən payız-qış mövsümündə sözügedən yollarla vətəndaşların gediş-gəlişində problemlər yaşanırdı. Artıq bu problemlər geridə qalıb. Yolların yenidən qurulması ilə 17 yaşayış məntəqəsinin 30 minə yaxın əhalisinin gediş-gəlişi xeyli rahatlaşıb, yük və sərnişin daşınması isə asanlaşıb.

Vüsalə Camal