Qazax sakinindən silah götürülüb
2021-10-27 14:07
Qazaxda qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Ələddin Əfəndiyev saxlanııb. O, dindirilmə zamanı odlu silahı rayon ərazsində gizlətdiyini etiraf edib. Polis əməkdaşları əraziyə baxış zamanı oradan, 1 ədəd “makarov” tipli tapança, həmin tapançaya aid 3 ədəd sandıqca və 21 ədəd patron aşkar edərək götürüb.
Nərgiz camal