Qazax rayonunun Qarapapaq kəndində sel suları üçün nəzərdə tutulan kanal bərpa edilib
2021-04-25 18:08
Qazax rayonunun Qarapapaq kəndində sel suları üçün nəzərdə tutulan kanal bərpa edilib. Hazırda həyətyanı sahələrə axan suyun qarşısı alınıb. Baş verən qəza aradan qaldırılıb. Kənd sakinlərinə heç bir ziyan dəyməyib. Xatırladaq ki, dünən Qarapapaq kəndində sel suları üçün nəzərdə tutulan kanalın sıradan çıxması nəticəsində kənddə bir neçə evin həyətyanı sahəsini su basıb.
Nərgiz camal