Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın baş verib
Qazax Rayon Psixiatriya Xəstəxanasının mətbəxində yanğın baş verib.Yanğın qısa müddətdə söndürülüb. Xəstəxanada müalicə alan 44 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.Yanğın nəticəsində yeməkxananın dam örtüyü, mətbəx və yardımçı otaqlar, eləcə də ərzaq anbarı yararsız vəziyyətə düşüb.Xəstələrin qidalanmasının davam etdirilməsi üçün xəstəxananın həyətində müvəqqəti mətbəx yaradılıb. Yanğının səbəbləri araşdırılır.
22 sentyabr 2026

