Qazax-Gürcüstan magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib

Qazax-Gürcüstan magistral yolunun 285-ci kilometrliyində Şəmkir rayon sakini Rasim Həsənovun idarə etdiyi “KamAZ” markalı yük maşını Salyan rayon sakini Elnur Babayevin idarə etdiyi BYD minik avtomobili ilə toqquşub. Minik maşınında olan Coşqun Babayev, Şamil Babayev və Ramin Babayev hadisə yerində dünyasını dəyişib. Fakt araşdırılır.

Vəfa Şairova