Qazaxıstanda mədən qəzasında ölənlərin sayı 32 nəfərə çatıb
Qazaxstanda kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb. Xilasedicilər daha 14 şaxtaçının axtarışlarını davam etdirirlər. Faciə ilə əlaqədar sabah Qazaxıstanda milli matəm günü elan olunub. Prezident İlham Əliyev Karaqandakı şaxtada baş verən hadisə ilə bağlı Qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə başsağlığı verib.
Lalə Nəsib