Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizində keçirilən hərbi təlim-döyüş tapşırığının icrası zamanı hava şəraitinin kəskin pisləşməsi nəticəsində 19 hərbçini dənizdə axın aparıb. Onlardan 3-ü xilas edilib, biri xəstəxanaya yerləşdirilib. Daha 7 hərbçinin axtarışları davam etdirilir. Axtarış-xilasetmə əməliyyatı və hadisənin səbəblərinin araşdırılması üçün hökumət komissiyası yaradılıb. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri Dauren Kosanova, həlak olan hərbçilərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralanan hərbçiyə şəfa, itkin düşənlərin isə sağ-salamat tapılmasını arzulayıb.Azərbaycan Xarici İşlər Nazirliyi də faciə bağlı Qazaxıstana başsağlığı verib.
24 sentyabr 2026

