Qazaxıstanda baş verən ixtişaşlarda saxlanılan etirazçıların sayı açıqlanıb
2021-01-08 10:00
Qazaxıstanın Almatı şəhərinin mərkəzində yenidən atışma başlayıb. Şəhərin digər hissələrində vəziyyətin nisbətən sakit olduğu bildirilir. Şəhər əhalisinin şübhəli insan qruplarını müəyyən etməkdə polisə kömək etdiyi, cinayətkar dəstələrin əsasən kiçik meydanlarda, parklarda gizləndiyi deyilir. Güclü duman polisin işini çətinləşdirir. Məlumata görə, indiyədək etirazlarda 4 266 nəfər saxlanılıb. Onların arasında əcnəbilər də var.
Vüsalə camal