Qazaxıstanda 29 oktyabr ümummilli matəm günü elan olunub
Prezident İlham Əliyev Karaqandakı şaxtada baş verən hadisə ilə bağlı Qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə başsağlığı verib. Kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 28 nəfərə yüksəlib. 208-i xilas edilib. Qazaxıstanda birgünlük matəm elan olunub.
Nərgiz Camalzadə