Qazaxıstan "Kayrat"ı ilə keçirəcəyi oyununa 13 mindən çox bilet satılıb
2021-10-20 18:10
"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Qazaxıstan "Kayrat"ı ilə keçirəcəyi oyununa 13 mindən çox bilet satılıb. Tofiq Bəhramov adına Respublika stadionunda sabah baş tutacaq görüşdə koronavirus pandemiyası ilə əlaqədar arenanın 50 faizi qədər azarkeş tribunalara buraxılacaq. Mərkəzi arena 30 min fanat qəbul edə bildiyindən, matç üçün 15500 bilet satışa çıxarılıb. "Qarabağ" - "Kayrat" qarşılaşması sabah saat 20:45-də başlanacaq. Oyundan öncə mətbuat konfransında baş məqşçi Qurban Qurbanov komandasının görüşə ciddi hazırlaşdığını deyib.
Nərgiz camal