Canlı
Qazaxıstan BTQ ilə daha bir yük qatarını Türkiyəyə yola saldı

2018-02-13 / 16:06

Bakı-Tbilisi-Qars dəmir yolundan keçməklə Qazaxıstandan daha bir yük qatarı Türkiyəyə yola salınıb. Kostanay vilayətindən buğda daşıyan qatar bir neçə gün əvvəl Mersin limanına yola düşüb. Ümumilikdə Türkiyəyə 1500 ton buğda daşıyan 72 vaqon yollanacaq. Gələcəkdə bu istiqamətdə noxud, mərci və digər kənd təsərrüfatı məhsullarının yola salınması planlaşdırlır.

Fərid Mehdiyev