Qazaxıstanın Atırau şəhərində boks üzrə qadınlar arasında beynəlxalq turnirə yekun vurulub

Azərbaycanın qadın boksçulardan ibarət milli komandası yarışda 1 gümüş və 3 bürünc medala sahib olub. Yalnız finalda uduzan Anna Əlimərdanova gümüş mükafata yiyələnib. Yığmaya bürünc medalları isə Yana Alekseyevna, Məryəm Cəbrayılova və Aynur Rzayeva qazandırıb.

Orxan Cəfərzadə