Qazaxın işğal altında olan kəndləri noyabrın 20-dək Azərbaycana qaytarılacaq
2020-11-11 16:00
Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalanıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Razılaşmaya görə, Ermənistan Kəlbəcəri noyabrın 15-dək, Ağdam rayonu və Qazax rayonunun işğal altında olan kəndlərini noyabrın 20-dək, Laçını isə dekabrın 1-dək Azərbaycana qaytarmalıdır”. Ərdoğan deyib ki, işğal nəticəsində evlərindən didərgin salınan azərbaycanlılar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında yurdlarına geri dönəcəklər. "Bundan sonra Azərbaycanla daha yaxın və güclü əməkdaşlığımız olacaq, ortaq gələcəyimizi birgə quracağıq”, - deyə vurğulayıb.
Vüsalə Camal