Qaz limitini keçənlərin sayı açıqlandı
2020-07-21 10:05
İyulun birinə olan məlumata əsasən qeydiyyatda olan 2 milyon 284 min 980 abonentin cəmi 6,96 %-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarı ilə cəmi 158 949 abonent deməkdir. Onlar hər kubmetrə görə 20 qəpik ödəyiblər. “Azəriqaz”dan verilən məlumata görə, qalan 2 milyon 126 min 031 abonent qazdan illik limit daxilində, yəni hər kubmetrinə 10 qəpik ödəməklə istifadə edib. Bu arada qeyd edək ki, Gəncədə aşkar edilən yeraltı, yerüstü qaz sızmalarının aradan qaldırılması məqsədilə Gəncə-1 və Avtozavod daşıyıcı qaz xəttində bu dəqiqələrdən saat 17-dək qaz təminatı dayandırılır.
Nərgiz Camal