Qazılan arteziam quyularının sayı artır, siyahıya daha 10-u əlavə ediləcək
2020-04-13 14:00
Oğuzda 10 ədəd subartezian quyusu qazılacaq. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Nəticədə 12 min 736 nəfər əhalisi olan 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşacaq,habelə əhalinin içməli suya tələbatı ödəniləcək. Bu məqsədlə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 700 min manat ayrılıb.
Nərgiz Camal