Qaydaları pozan koronavirus xəstəsi saxlanıb
2021-12-07 10:05
Sabirabad rayonu Yuxarı Axtaçı kənd sakini Yusif Abuşova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Qaydalara baxmayaraq, o, yaşayış yerini tərk edib. Polis əməkdaşları tərəfindən Abuşovun qanunazidd hərəkətinin qarşısı dərhal alınıb, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb. Əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmalar aparılır.
Fərid Mehdiyev