Qayda pozan 10 nəfər sürücü inzibati məsuliyyətə cəlb edilib
2021-05-17 10:05
Samuxda "Təmiz hava" aylığı ilə əlaqədar tədbirlər davam etdirilir. Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları sürücüləri istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli olduqları barədə maarifləndiriblər. Qayda pozan 10 nəfər sürücü inzibati məsuliyyətə cəlb edilib.
Fərid Mehdiyev