Qayıqlardan 40 min manatlıq asma mühərrik oğurlayan şəxs saxlanılıb
2020-05-13 12:04
Su Nəqliyyatında Polis İdarəsinə paytaxtın Pirallahı rayonunda balıqçılıqla məşğul olan vətəndaşlardan onlara məxsus qayıqların üzərində olan asma mühərriklərin naməlum şəraitdə oğurlandığı barədə müraciətlər edilib. Zərərçəkən şəxslər izahatlarında ümumi dəyəri 40 min manata yaxın olan 6 ədəd müxtəlif markalı mühərriyin oğurlandığını bildiriblər. Qısa zamanda görülən tədbirlər nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Pərviz Şirinov tutularaq istintaqa təqdim edilib.
Vəfa Şairova