Qayınanasının evindən 11 min manatlıq oğurluq edən gəlin saxlanılıb
2021-04-14 14:10
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 5000 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Oğrunun ev sahibəsinin gəlini olduğu bildirilir.
Nərgiz Camal