Qaxda yeddi avtomobil toqquşub, yaralanan var

2019-10-15 16:04

Qaxda yeddi avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. Sumqayıt şəhər sakini 31 yaşlı Ceyhun Zeynalovun idarə etdiyi yük avtomobili hərəkətdə olan digər yük və minik avtomobilləri ilə toqquşub. Yük avtomobili yoldan çıxaraq meşəlik əraziyə aşıb. Maşında sıxılmış vəziyyətdə qalan sürücü çıxarılaraq xəstəxanaya çatdırılıb.

Fərid Mehdiyev