Qaxda xırdabuynuzlu heyvanlar oğurlanıb
Qaxda polisə müraciət edən zərərçəkənlər onlara məxsus xırdabuynuzlu heyvanların oğurlanması və soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə məlumat veriblər. Cinayətləri törətməkdə şübhəli bilinən Zaqatala sakinləri - əvvəllər də soyğunçuluğa görə məhkum olunmuş Ülvi Bayramov və onun tanışı Rafael Nəsirov saxlanılıblar. Faktla bağlı cinayət işi başlanılıb, Bayramov və Nəsirov barəsində həbs qətimkan tədbiri seçilib.
Vüsalə Cənnətova