Qaxda polis güllələnib
2021-05-21 16:07
Qax rayonunda silahlı insident baş verib. Rayonun Çüdüllü kəndi ərazisində Rayon Polis Şöbəsinin əməkdaşı Hacıməhəmməd Hətəmov əllərində ov tüfəngi olan 2 nəfəri kənd ərazisində görüb və onlara yaxınlaşıb. Yaranan mübahisə zamanı həmin şəxslər silahdan atəş açaraq polis nəfərinni əlindən yaralayaraq ərazidən uzaqlaşıblar. Cinayətkarların saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Vüsalə Camal