Qaxda kişi at arabasından yıxılaraq ölüb
2021-05-31 14:13
Qax rayonunda bədbəxt hadisə baş verib. Bu gün səhər saatlarında rayonun Əmbərçay kəndində yerli sakin, 1954-cü il təvəllüdlü Neymət Əhmədov əkin sahəsindən kəndə qayıdan zaman ehtiyatsızlıqdan at arabasından yıxılıb. O, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Araşdırma aparılır.
Nərgiz camal