Qaxda heyvanlarla rəhmsiz rəftar edən ərəb turistlər cərimələniblər
2021-03-26 14:09
Bir neçə gündür, sosial şəbəkələrdə, mətbuatda Qax rayonunun Acınohur ərazisində ərəb turistlər tərəfindən qanunsuz ov hallarına yol verilməsi, heyvanlarla rəhmsiz rəftar olunması barədə məlumatlar yayılıb. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadənin sözlərinə görə, bununla bağlı onlar cərimə ediliblər. Ərazidə ov aparılması faktı isə qismən təsdiq edilib. İki ərəb turist ovçuluq haqqında qanunvericiliyin pozulmasına görə təqribən 4000 manat civarında cərimələnib.
Fərid Mehdiyev