Qaxda gənc qız burun əməliyyatında ölüb
2020-03-13 14:03
Qaxda Balakən sakini, 23 yaşlı Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Xəstəxananın lor-həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilərkən qızın vəziyyəti cərrahiyyə masasında qəflətən pisləşib. Tibbi müdaxilələrə baxmayaraq, xəstə dünyasını dəyişib. Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Nərgiz Camal