Qaxda 2 yaşlı uşağı, Gəncədə isə 32 yaşlı kişini ilan sancıb

2019-06-10 18:01

Qaxın Üzümlü kəndində 2 yaşlı Rəhim Camalovu ilan sancıb. Gəncədə isə 32 yaşlı şəhər sakini Elçin İsmayılov həyətində iş görən zaman zəhərli sürünənin hücumuna məruz qalıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Vüsalə Camal