Qaxda çoban işlədiyi fermadan oğurluq edib
2020-04-29 12:05
Qaxın Ləkit kəndində yerləşən fermadan ümumi dəyəri 11 min manata yaxın olan 71 baş xırdabuynuzlu heyvan oğurlanıb. Əməli törədən şəxsin həmin fermada çoban işləyən Zaqatalanın Gözbarax kənd sakini Şirin Məmmədov olduğu müəyyən edilib. O, törətdiyi cinayət əməlini etiraf edib.
Vəfa Şairova