Canlı
Qasırğanın növbəti hədəfi Çin və Tayvandır

Çin və Tayvanda qasırğa təhlükəsi elan olunub. "Talim" qasırğasının yaxınlaşması ilə əlaqədar bu gün Tayvanda və Çinin şərqində - Çjeszyan və Fuszyan vilayətlərində yerli sakinlərə xəbərdarlıq edilib."Talim"in bu il Çinin sahil rayonlarını dağıdacaq 18-ci qasırğa olacağı bildirilir. Qasırğanın quruya sentyabrın 14 və ya 15-i çatacağı ehtimal edilir.

Vüsalə Camal