Yağan güclü qar səbəbindən Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ və Bakı-Şamaxı-Yevlax yolunda avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb. Ağsu aşırımında da yolların buz bağlaması səbəbindən və təhlükəsizlik məqsədilə avtomobillərin hərəkətinə icazə verilmir. Bu yollara təxminən 10-15 santimetr qar yağıb. Sürücülərə alternativ yoldan istifadə tövsiyə olunur. Hazırda güclü qarın yağması səbəbindən yolların təmizlənməsi işləri ləngiyir. Gədəbəy, Daşkəsən, Göygöl, Şəmkir və Tovuz rayonlarının ucqar kəndlərində də avtomobil yollarının buz bağlaması və qarlı olması səbəbindən nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb. İstər magistral yolda, istərsə də şəhər və rayon yollarında Dövlət Yol Polisi əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. DİN-nin əməkdaşı Eşqin Qasımov sürücülərə tövsiyə verib.