Qarlı hava yollarda çətinlik yaradıb
Qarlı hava şəraiti Azərbaycanın bölgələrində nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Ötən gecədən yağmağa başlayan güclü qar nəticəsində İsmayıllı–Lahıc yolu bağlanıb. Yol-istismar İdarəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Sürücülərə həmin yollardan müvəqqəti olaraq istifadə etməmələri tövsiyə olunur. Hazırda rayon ərazisində güclü qar yağıntısı davam edir.
Fərid Mehdiyev