Qarlı hava fəsadlar yaradıb: işıqsız qalan, əlaqə kəsilən kəndlər var
Güclü qar yağması ilə nəqliyyatın hərəkətində və elektrik təchizatında problemlər yaranıb.
Cəlilabad və Biləsuvar şəhərlərinin bəzi hissələrində və bir neçə kəndə elektrik enerjisinin verilişi kəsilib. Eyni zamanda, güclü qar və külək rabitə dirəklərini aşırıb və xətləri qırıb. Bir neçə yerdə qarın ağırlığına dözməyən ağaclar aşıb.
Qax rayonunun Sarıbaş kəndi ilə isə əlaqə kəsilib. Hazırda yolun açılması istiqamətində işlər aparılır.
Fərid Mehdiyev