Qarlı hava 1 nəfərin ölümünə, 10-dan artıq şəxsin isə yaralanmasına səbəb olub

2021-02-24 12:10

Bakının Qaradağ rayonu ərazisində qarlı hava şəraiti zəncirvari qəzaya səbəb olub. Yolda hərəkətdə olan yük maşını idarəetməni itirərək aşıb. Qəza nəticəsində 10- a yaxın avtomobil aşan yük maşınına çırpılıb. Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib, yolda avtomobillərin hərəkəti bərpa olunub. Bundan başqa, paytaxtda qarlı hava şəraiti ilə əlaqədar 12 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb. Yaralılardan birinə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər. Xaçmazın Xudat şəhərində isə qarlı havada idarəetmədən çıxan avtomobil qaz şəbəkəsinə ziyan vurub. Məlumata görə, 3 kənddə xidmət göstərən qaz xəttinin zədələnməsi nəticəsində mindən çox abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Həmçinin Bakı-Quba-Rusiya sərhədi avtomobil yolu, Gəndob-Yalama yolunda və Ağsu aşırımında buzlaşma var.

Fərid Mehdiyev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik