Qardaş ölkəyə kömək məqsədilə Gəncədə yardım kampaniyası keçirilir
Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə kömək məqsədilə Gəncədə yardım kampaniyası davam edir. Yardımlar şəhərin yeni Şəmkir Avtovağzalının arxa hissəsində xüsusi ayrılan məntəqədə toplanılır. Gəncə və ətraf rayonlardan təbii fəlakətdən zərər çəkən insanlara lazım olan yorğan, döşək, uşaq paltarları, isti geyimlər, eləcə də digər ehtiyac duyulan mallar gətirilir. Əşyalar çeşidlərənərək qablaşdırılır.