"Qardaş yumruğu" təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib
Azərbaycan-Türkiyə birgə təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib. Müdafiə naziri Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akarla "Qardaş yumruğu" təlimini izləyib. Hər iki qardaş ölkənin hərbi qulluqçuları yüksək peşəkarlıqa yerinə yetirirlər. Keçirilən birgə təlim yüksək qiymətləndirilib, təlimin daha da keyfiyyətli təşkili və şəxsi heyətin peşəkarlıq qabiliyyətinin artırılması ilə bağlı müvafiq tövsiyələr verilib.